İsa Musa quşu

Vikimənbə saytından
Rəvayətlər. İsa Musa quşu
Müəllif: Şifahi xalq ədəbiyyatı


İki oğlan cüt sürürmüş, biri İsa adında, biri də Musa adında. Bunlar yorulub bir az yatırlar ki, dinclərini alsınlar. Öküzlər açılıb qaçırlar.

İsa Musa oyanır ki, öküzlər yoxdu. Nə qədər axdarırlarsa tapa bilmirlər. Ağaları da çox əzazil adam olur. Bu uşaqlar qorxularından evə qayıdmırlar. Allaha yalvarıllar ki, bizi quşa döndər. Allah bunları quşa döndərir. Bunlar başlayıllar öküzləri axtarmağa. Həmişə də bir-birindən soruşurlar ki, tapdın?

Mənbə[redaktə]