İsmayıla
Görünüş
İsmayıla Müəllif: Miskin Abdal |
Mənbə: İsmayılov.H. Azərbayçan folklorunun regional xüsu-siyyətləri. Azərbaycan Milli Elimlər Akademiyası, Folklor İnstitutu, Səda, Bakı, 2006 |
Bu tac, bu taxt qılınc vəfa,
Şıx oğlu Şah İsmayıla.
Xızır Nəbi ol Mustafa,
Olsun pənah İsmayıla.
Haxdan yerə gəlir bir səs,
Bəxdin üzü dönməsin tərs.
Qır qazana düşər nakəs,
Etsə günah İsmayıla.
Abdal telə mizrab vurar,
Gün gələr ki, dastan qurar,
Yerdə Əli kömək durar,
Göydə Allah İsmayıla
Xarici keçidlər
[redaktə]- Aşıq Şəmşirin anadan olmasının 120 illiyinə həsr olunmuş "Aşıq sənətinin tarixi inkişaf yolları və Aşıq Şəmşir mərhələsi" mövzusunda Beynəlxalq Elmi Konfransın materialları (PDF) (az.). "Nurlan". 2013. 2017-05-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-09.