İstə
Görünüş
İstə Müəllif: Şair Məmmədhüseyn |
Mənbə: Şair Məmmədhüseyn. "Nur çeşməsi" (PDF) (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2018-09-20. |
Arsız olub, hədyan deyib – danışma,
Danış sən sözünü namus, ar üstə.
Göz dikib güvənmə özgə malına,
Halaldan özünə dövlət, var istə.
Neynirsən zəhmətsiz yığılan varı,
Dünyanın gözəli bivəfa yarı.
Ah çəkib çəkərsən çox intizarı,
Ömrə müştaq bir vəfalı yar istə.
Bəslə sən aranda meyvəli bağı,
Xoş günün bəzəsin büllur otağı.
Yay fəsli arzula bircə ay dağı,
Dağlar damənindən buzlu qar istə.
Məmmədhüseyn, kim tutubdu dünyanı,
Udur qara torpaq sultanı, xanı.
Alıb ağuşuna bir Züleyxanı,
Behişti əladan bir cüt nar istə.