İstəmərəm ki, birdə gəlim bu dünyaya
İstəmərəm ki, birdə gəlim bu dünyaya! (1997) Müəllif: RAUF CAVAD |
İstəmərəm ki, birdə gəlim bu dünyaya!
İstərsənsə can, gəl, gəzəlim bu dünyaya!
Ölüb əfsus ruh bədəndə, hiss mənəviyyat,
Təsir etməz bu söz-qəzəlim bu dünyaya?!
Dönüb cin-əcinəyə arsız bəşəriyyət,
Varmı müəllim, versin təlim bu dünyaya?!
Faydası yox kimsəyə, yaşayır bu xilqət,
Hansı xoş xəbəri verəlim bu dünyaya?!
Güya olub xoşbəxt bu düşüncəsiz bədbəxt,
Düşünürəm ki, nə deyəlim bu dünyaya?!
İtirib əqlini, kordur gözləri görmür
Özün, aiddir bu məsəlim bu dünyaya!
Əl açıb dərgahına yalvarıram, nolar,
Ver köməy əlini ey Əlim, bu dünyaya!
Gəl ey Rəbbim xilas et əzilən kəsləri,
Göndər yenidən bir müəllim bu dünyaya!
Ta gəlməsən ey Həqq qurulmaz Ədalət də
Yer üzündə! Biz nə edəlim bu dünyaya?!
Alıb dövran başın zülm ilə hökm eləyir!
Bəs nə zamanədək dözəlim bu dünyaya?!
Gəl ki, ey Sahib Zaman görsənsin həqiqət,
Bir damcı mərifət süzəlim bu dünyaya!
Rauf, istərsən gələsən yenidən, səni
Sevirəm deyəsən Gözəlim, bu dünyaya?!
...Müəllif:Rauf Cavad