İstərəm (Şair Məmmədhüseyn, İzin versən oğrun-oğrun)

Vikimənbə saytından
Jump to navigation Jump to search
Disambig.svg Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
İstərəm (Şair Məmmədhüseyn, İzin versən oğrun-oğrun)
Müəllif: Şair Məmmədhüseyn
Mənbə: Şair Məmmədhüseyn (2018). Nur çeşməsi (az). Elm və təhsil. Yoxlanılıb 2018-09-20.

İzin versən oğrun-oğrun,
Tər qoynundan nar istərəm.
Ağ sinənin üstən, ay qız,
Dümağ təzə qar istərəm.

Səni kimi gözəl yarı,
İlqarı düz vəfadarı.
Çəkdirsən də ahu-zarı,
Edib dildə, car istərəm.

Ay işvə, nazlı ceyranım,
Qəmzənə necə dayanım?
Məmmədhüseynəm, ay cananım,
Meylim sənə var, istərəm.