Məzmuna keç

İstərəm həmdəm olum bir neçə Məcnunlar ilə

Vikimənbə saytından
İstərəm həmdəm olum bir neçə Məcnunlar ilə
Müəllif: Sadıq bəy Əfşar
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.61-62.

İstərəm həmdəm olum bir neçə Məcnunlar ilə,
Yəni aşiqlər ilə, didəsi pürxunlar ilə.

Nəmi-əşkim əsəri yıxdı gözüm bünyadın,
Yıxmaq olmaz bu məmurəni Ceyhunlar ilə.

Könlə zikri-ləbin eyləmədi zülfini ram,
Nə talandur ki, tutulmaz belə əfsunlar ilə.

Nola gər olsa sarı çöhrəsi ərbabi-qəmin,
Yüzümüz olsa dilər arizi gülgunlar ilə.

Şadlıq qandavü mən qanda, budur məqsudum.
Ki, tutum guşeyi-qəm xatiri məhzunlar ilə.

Yüz çavurdi sənəmim şimdi olalı ki, kərəm,
Bəxti-bərgəştələrü taleyi varunlar ilə.

Sadiqi, gər sözünə yar qulağdur, nə əcəb,
Yandaşur gövhəri-nəzmin dürri-məknunlar ilə.