Məzmuna keç

İstəyəlüm iş issini, bulub görəlüm qandadur

Vikimənbə saytından
İstəyəlüm iş issini, bulub görəlüm qandadur
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə, Əsərləri. Bakı: Öndər, 2004. (Tərtib edəni: Cəlal Bəydilli (Məmmədov))

 
İstəyəlüm iş issini, bulub görəlüm qandadur?
Can qulağı açuğ İSƏ işbu sözüm turvan(da)dur.

Alı görün turvandadan, eşq eridür anı dadan,
Bunda boyunum buran Həqq qatında dərmandadur.

Kişi gərək bilə anı, həm oyanıq ola canı,
Bilürsin dünye sevəni - bayquş kibi yabandadur.

Bayquş çağırur virandan, kimsə murad almaz andan,
Eyü əməl iltə görün, ol həqq tərazu andadur.

Vancağız terazuya, Həqq kəndü baqar yazuya,
Görücek tağlar əriyə, zəbanilər kim andadur.

Biti sumla əlünə, itdügün gələ yolına,
Tanuqlar bilə bulına, dostun düşmənün andadur.

Tərk edəsin təxtü tacı, bulasın itdügün güci,
Mühəmməd Həqq yalvarıcı, şəfaətİmüz andadur.

Yunus, əgər aşiq isən, varlığun dəgşir yoqlığa,
İman quşağın bərk quşan, de, həb əksüklig bendədür.