İstifadəçi:Ağa Məhəmməd

Vikimənbə saytından

Gülağa Tənha[redaktə]

SALAM DE


Vətənə istirahətə gedən dosduma
dediklərim
 

Yadındamı, bir gedərdik, a qardaş,
Gəzdiyimiz oylaqlara salam de.
Otmu basıb, örüş yeri darıxır,
Qəribsəmiş yaylaqlara salam de.
Ağ saçları ağ yellərə qarışan,
Gözəllər var, sarıyanız, qaraşın…
Bir kəlmədən közə dönüb alışan
O titrəşən dodaqlara salam de.
Nə müddətdi için-için ağlayan,
Ağlayıb da sinəmizi dağlayan,
Kövrələrək həzin-həzin çağlayan
Çeşmələrə, bulaqlara salam de.
Axşam-səhər yolu-izi izləyən,
Yazda seli, qışda qarı dizləyən,
Tənha qalıb Gülağanı gözləyən
Qocalara, uşaqlara salam de.
Moskva, avqust, 2003

Gülağa Tənha

[1]