İstifadəçi:Nail Zeyniyevv

Vikimənbə saytından

Nail Zeyniyev şeirləri[redaktə]

Adsız[redaktə]

Yazaraq anladılmır

susaraq yaşananlar.

Eh bu mənim dərdimi,

məndən başqa kim anlar ?


Dörd divardı, bir də mən

bir də soyuq yoxluğun.

Oğru elə bağırdı,

bağrı qopdu doğrunun.


Ürək belə alışmaz,

məhəbbət yalandısa.

Hələ onu demirəm..

Gözlərinə baxanda -

sevgiyə inandısa.


Sənsiz açdığım bu gün,

gör neçənci səhərdir.

Çörəyimin dadı yox

içdiyim su zəhərdir.


Göz yaşlarım qoy axsın,

yusun günahlarımı.

Qoyma ürək darıxsın,

gəl aç sabahlarımı.


Necə yazılıbsa da,

bəxtimizə kor qədər.

Qaçmaq, qurtulmaq olmaz

qalsan səni məhv edər.


Dəlixanadan məktub[redaktə]

Salam, mənim sevgilim, saat ondur bilirsən

Sən ki dəli deyilsən, ağlım sənin yanında Darıxmışam deyirsən, sevgin hələ yadımda... Rəsmlərin qəlbimə, təsəlli vermir inan

Həsrətinə dözüm yox, sənsiz bir dünya yalan...

Sən gülümsə bir ömür, zövq alım gül çöhrəndən Ağlasanda ağlaram, ölərəm mən dərdindən. Saçların dağılmasın, gəl öpüm tumarlayım

Sənə bir isti otaq, bir yataq hazırlayım...

Burda səni bir ömür məhəbbətim isitsin Sevgimizi qoy elə, bütün cahan eşitsin.

Axı məndə sənsizəm, indi burda yalqız, tək Misralarda qovuşaq, yolların açsın çiçək.

Salam, mənim sevgilim, saat ondur bilirsən

Gəl yanıma yoruldum, mənsiz necə dözürsən ?


Vida[redaktə]

Biryolluq mən gedirəm

əlvida bədbəxtliyim.

Gəlirəm gözlə məni,

əbədi xoşbəxtliyim.

Bir yanımda yığın-yığın

durmuş köhnə məktublar var.

Bir yanımda içilməmiş,

dolmuş neçə badələr var.

Yaşarkən baş daşını,

mən gəzdirən adamam.

Özümü öz canımdan,

mən bezdirən adamam.

Bax taqətim qalmayıb,

təmiz ruhdan düşmüşəm.

Həyat, həyat söyləmə !

əlimi ondan üzmüşəm.

Hesaba qatmamışdım,

fələyin bu işini.

Qazandığım birdisə,

itirmişəm beşini.

Həqiqəti göstərmir,

saxtadır güzgülər də.

Mən bir adam itirdim,

tapmadım güzgülərdə.

Hələ körpə ümidlərin

məndən sonra,

isinməyə bir yeri var.

Daha solmuş ümidlərə,

söz deməyin nə yeri var ?

İndi daha gedirəm

əlvida bədbəxtliyim.

Gəlirəm gözlə məni,

əbədi xoşbəxtliyim.