İzhari-qədrdani

Vikimənbə saytından
İzhari-qədrdani
Müəllif: Məhəmməd Hadi
Mənbə: Turan, Azər (2008). Əli bəy Hüseynzadə (az). Moskva: SALAM press. ISBN 978-5-7164-0582-0.

Düha! Ey baği-lahutun həzari-nəğmə pirası,
Sənə gülşənmi olmuşdur Əlinin ruyi-rənası?
Böyüksən, ən böyüksən, bizlərə ustadi-əkrəmsən,
Vücudun ilə fəxr eylərdi, gər olsaydı Qərbiyyun.
Hələ dərbərdədir ənzari-istedadi-Şərqiyyun,
Bu gün qafilsə millət, yox əcəb, əhvali-zarından.
Yarın şərməndə olmazmı nişangahi-məzarından?
Vətən övladı dilsiri-həyat olsun fəratından,
Neçin ləbtəşnələr feyz almasın abi-həyatından?
Vücudun mayeyi-fəxri şərəfdir qövmi-islamə,
Bizi irşad qılmaqçün sarıl, ey dahi, iqlamə!
Neçin daldın sükuta, gəlməyir övradın ey dahi?
Vərəqriz oldumu baği-füyuzabadın, ey dahi?