Məzmuna keç

İzlərindən (Zinhari)

Vikimənbə saytından
İzlərindən
Müəllif: Zinhari


 
Dolansın dünya gözəli,
Basıb gedən izlərindən!
Bahan etməz, versə pulu,
Çox ədəbli qızlarından.

Müjganların candan ötür,
Səndən mana sitəm yetir,
Gəl, indi niqabın götür,
Zənəxdanlı üzlərindən!

Bunca incitmə bu canı,
Sənsən gözəllərin xanı,
Müjgan-tiğin tökər qanı,
Qara qaşlı gözlərindən.

Səhər gəlsən gülə-gülə,
Seyr edəlim bağı belə,
Avazın bənzər bülbülə,
Tuti kimi sözələrindən.

Zinhari der, dedim sözü,
Bunca yandırma gəl bizi,
Min gözələ verməm sizi,
Yüz işvəndən-nazlarından.