Məzmuna keç

Şöleyi-qəmdin mənivü səbrimi örtədi ot

Vikimənbə saytından
Şöleyi-qəmdin mənivü səbrimi örtədi ot
Müəllif: Sadıq bəy Əfşar
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.58-59.

Şöleyi-qəmdin mənivü səbrimi örtədi ot,
Yoxu barım örtədi səndin yıraq təprədi ot.
Gözü könlüm vəh neçün boldu xəyalın məskəni,
Kim erür bu mənzilin səqfi, suyü bünyadı ot.
Keldi gülgun sigritüp bir şuxü mən boldum əsir,
Barça el salim məni-bədruzğə uçradı ot.
Qop yanımdın həmnişin kim, şöləligdür ahi-gərm,
Qıl həzər Tanrı üçün, bilmas bilişni, yadı ot.
Sanma bitəsir ahım uçqunun, ey müddəi,
Bolma qafil kim, irür əlbəttə ot övladı ot.
Rəhm qıl həmdəmlərə, ey Sadiqi, köp çəkmə ah,
Köyməsün Məcnünivü yandırmasun Fərhadı ot.