Məzmuna keç

Şövqim gətürdi cilvəyə ol sərvqaməti

Vikimənbə saytından
Şövqim gətürdi cilvəyə ol sərvqaməti
Müəllif: Sadıq bəy Əfşar
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.64.

Şövqim gətürdi cilvəyə ol sərvqaməti,
Münkir imiş, ey həkim, gör imdi qiyaməti.
Axır fəqih badə ayağına qoydu baş,
Anı qutardı piri-Mutğanın kəraməti.
Əğyarı gör nedüm ki, dil azurdə olmayım,
Ol ta qəbulun olmadin, olmaz şaməti.
Halım yetişdi bir yerə kim, çərx rəhm edüb,
Etdi hisar cövrümə səngi-məlaməti.
Ey Sadiqi, quvanma vüsalinə dilbərin,
Künci-fəraqı bəklə ki, yoxdur nədaməti.