Məzmuna keç

Şükür Həqqə kim, dost bizə ayıtdı dost yüzinə baq

Vikimənbə saytından
Şükür Həqqə kim, dost bizə ayıtdı dost yüzinə baq
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə, Əsərləri. Bakı: Öndər, 2004. (Tərtib edəni: Cəlal Bəydilli (Məmmədov))


  
Şükür Həqqə kim, dost bizə ayıtdı dost yüzinə baq,
Açdum bən də könlüm gözin, sultanurm gördüm mütləq.

Çünki gördüm bən Həqqümi, Həqqim ilə oldum biliş,
Hər qancaru baqdum isə həp görinəndür cümlə Heqq.

Açuq duacuq qapusı dostları içün ol Hoqqün,
Dostı olmaq dilər isən dostlardan oqı bir sebəq.

Hicabdasın bu gün, səni göstərməzlər bəlkə sana,
Hicab dedügümi anla, dünyəlikdür gözdən ıraq.

Sən səni bilimeyincə, ərə nəzər qılmayınca,
Sənligi (bu) ara yerdən gedərməzsən oldı duzaq.

Yedi dənizü dört irmaq səni mismil eyləməyə,
Çünki işün o Heqq ilə olmadiysə qaldun ıraq.

Övlıyadur Həqq qapusı, Yunusdurur qapucısı,
Eşq ilə gəldi bu yola, eşqi edindi həm turaq,