Məzmuna keç

Şəfakar qız

Vikimənbə saytından
Rəvayətlər. Şəfakar qız
Müəllif: Şifahi xalq ədəbiyyatı


Ördəkli kəndində bir qız varmış. Bir gün bu qız yolnan gedirmiş, qabağına bir ilan çıxır. Görür ki, ilanın üstündə qara yaylıq var. İlan qıza deyir ki, götür bu yaylığı, sənə vergi verirəm. Qız qorxub qaçır evlərinə. Qızın dili tutulur, onu rəhmətlik Seyid Hüseyn ağagilə aparırlar. Üç-dörd gün orda qalandan sonra qızın dili açılır, Seyid Hüseyn ağaya deyir: Bəs gedirəm, qabağıma bir ilan çıxdı – üstündə qara yaylıq. Dedi, bu yaylığı götür, sənə vergi verirəm.”

Seyid Hüseyn ağa deyir: Bala, sən gərək gedib o yaylığı götürəsən, yoxsa dilin yenə tutulacaq”.

Qız gedib ilandan o yaylığı alır. Qıza vergi verilir. Qız yaylığı sonsuz arvadların belinə bağlayır – uşağa qalırlar, əlini naxoşun boğazına çəkir – boğaz ağrısı keçib gedir.

Mənbə

[redaktə]