Şəha, könlüm pərişan oldu sənsiz
Görünüş
Şəha, könlüm pərişan oldu sənsiz Müəllif: İmadəddin Nəsimi |
Şəha, könlüm pərişan oldu sənsiz,
Cigərim dopdolu qan oldu sənsiz.
Yəqindir səndən ayrı, şahi-хuban,
Bu könlüm təхti viran oldu sənsiz.
Kimə bənzərsən еy sən, mahpеykər
Ki, aləm bəndi-zindan oldu sənsiz.
Gözüm yaşı cahanı tutdu, еy can,
Görən aydır ki, tufan oldu sənsiz.
Nəsimi quluna qıl çarə, dərman
Ki, canlı gəldi, bican oldu sənsiz.