Şəmsəddin Eldənizin Sultan Məhəmmədə məktubu (1157)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Şəmsəddin Eldənizin Sultan Məhəmmədə məktubu (1157) Müəllif: Şəmsəddin Eldəniz |
Mənbə: Ziya Bünyadov. Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci illər) Bakı, "Şərq-Qərb", 2007. səh.36. |
Mən sənin qulun və [hökmdarlar] evinin məmlüküyəm! Sənin əmin Süleyman şah, sənin qabiliyyətli bayraqların gəlməmişdən qabaq, mənə qoşulmuşdu. Onu köməksiz qoymaqla, özümə həqarət gətirəcəyimdən qorxub [mən belə hərəkət etdim]. Yoxsa adamlar deyərdilər ki, əlahəzrət sultan Məsudun, Allah ona rəhmət eləsin, qardaşı Süleyman şah talenin hökmünə buraxılıb! [Ancaq] indi artıq aydındır ki, Sultan birdir və buna görə də mən ölkənin [idarə] yüyənini ona verirəm. Mən sənə tabe olanlardan birincisi olacaq və sənin [başçılıq etdiyin] cəmiyyətə daxil olacağam.
Qeydlər
[redaktə]- Sultan Məhəmməd 1153-1159-cu illərdə İraq Səlcuq sultanı