Şərt deyildir ki, kişi sahibi-əmlak olsun

Vikimənbə saytından
Şərt deyildir ki, kişi sahibi-əmlak olsun
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 104

Şərt deyildir ki, kişi sahibi-əmlak olsun,
Şərt odur ki, kişinin zatı gərək pak olsun.

Cahilin rəyinə rəğmən dolanar çərxi-fələk,
Ürəfa zümrəsi labüddü ki, qəmnak olsun.

Kim ki bilmirsə qədəm basdığı xakın qədrin,
Ona torpaq qənim olsun, çürüsün xak olsun.

Şövqi-rudən dili-pürxunum əgər çak olsa,
Nə əcəb, yazda gərək qönçeyi-gül çak olsun.

Ali varlıqdı Xuda, əqli-Vüqar dərk eləməz,
Gərək idrakının idrakına idrak olsun.