Şəvəkarda
Görünüş
Şəvəkarda Müəllif: Aşıq Ələsgər |
Mənbə: Ziyəddin Məhərrəmov, "Deyilən söz yadigardır...", Laçın yurdu, №3(14), 2014. Bakı, "Bəxtiyar-4", 2014. səh.39. |
Salmısan sinəmə eşqin közünü,
Bu yanan könlümü al Şəvəkarda.
Hər kim görsə Sənəm, Telli üzünü,
İnan, dilə gələr lal Şəvəkarda.
Tellinin gözləri, Sənəmin xalı,
Qocaldır cavanı, yandırır çalı.
Qar tutacaq gədikləri, yalları,
Ayna, deməginən qal Şəvəkarda.
Xaliq hər kimsəni bir cür yaradır,
Heç kim bilmir axır mənzil haradır.
Şücaətdə qul Ələsgər qaradır,
Tökülür ağzından ləl Şəvəkarda.