Məzmuna keç

Şahə gəl, ey dilibilməz, vicdan, Ədalət axtarır

Vikimənbə saytından
Şahə gəl, ey dilibilməz, vicdan, Ədalət axtarır (1995)
Müəllif: RAUF CAVAD

Aciz o kəs ki, Gözəlliyi çöldə, iffət axtarır,
Özünü aciz bilir, sirri özgə ismət axtarır.

Düşüb əldən-ayaqdan, kor dolanır boş-boş cahanı,
Şəkəri yeyib, tamı özgə dilində mət axtarır.

Hər tərəfdə vardır Həqiqətin min bir cür nişanı,
Fəqət cahil, düşünməyə özgə məmləkət axtarır.

Möcüzədir insan, kaş anlayıb arasa özünü,
Lakin əqlini heç sayır, bikarə söhbət axtarır.

Yaxşı dost tutur dostluğun Əlini, kömək göstərir,
Söz anlamaz nə bilir, yenidən dost-Hikmət axtarır.

Dostun yaxşısı, xeyirxah əməli, xoşdu nəzəri,
Fəqət fərsiz, sözə əməl etməz, mərifət axtarır.

Həyat Ümidlə qurulur, Sevgi ilə Eşq yaşanır,
Bədgüman küfr edir, dil-ağzı şəkər-şərbət axtarır.

Rauf Həqqi arama cahanda, yar şah damarında,
Şahə gəl, ey dilibilməz! Vicdan, Ədalət axtarır!