Şah Abbasın səyahəti

Vikimənbə saytından
Jump to navigation Jump to search
Rəvayətlər. Şah Abbasın səyahəti
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir gün Şah Abbasla vəzir səyahətə çıxırlar. Görürlər bir yerdə it hürür, bir yerdən işıq gəlir. İşıq gələn yerə gedirlər. Görürlər burda bir arvad hamilədir. Arvad doğur, qızı olur. Vəzir gülür. Şah Abbas soruşur ki, vəzir, niyə güldün?

Vəzir deyir:

– Bu qız sənin oğluna qismətdi.

Şah Abbas pul verib uşağı alır. Bir adama qızıl verir ki, apar bu uşağı qayadan bir kolun üstünə düşür. Bir ovçu götürür bu uşağı saxlayır. Qız böyüyür. Bir gün çaydan su gətirməyə gedir. Ayağı sürüşür, başmağının bir tayı düşür suya.

Şah Abbasın oğlu ova çıxıbmış. Çayın qırağından keçəndə görür ki, suynan bir qadın başmağı axır. Başmağı sudan çıxardır. Evə qayıdıb atasına deyir:

– Bu başmaq hansı qızın ayağına olsa, onu alacağam.

Bir qarıya deyirlər ki, gör bu başmaq hansı qızındı?

Qarı deyir:

– Filan yerdə bir ovçu yaşayır. O ovçunun bir qızı var, başmaq o qızın başmağıdı.

Qızı gətirirlər. Baxıb görürlər ki, başmaq düz onun ayağının üstündədi. Vəzirin sözü düz çıxır – o qız şah Abbasın oğluna qismət olur.

Mənbə[redaktə]