Şah Manifest Yazdıəliylə bir gün
Şah Manifest Yazdıəliylə bir gün Müəllif: Mirzə Şəfi Vazeh |
Mənbə: "Mirzə Şəfi nəğmələri" (PDF) (az.). mirzeshefivazeh.org. 2014. 2016-08-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-05. |
Şah manifest yazdı əliylə bir gün,
Küllü İran xalqı mat qaldı bütün.
“Necə müdriknamə gözəl kəlamlar!”
Bir-bir sevindilər bütün adamlar.
Hamı bayram etdi: “Dünyada təksən,
Ey böyük şahımız, sənə min əhsən!”
Baxdı Mirzə Şəfi bir xeyli müddət,
Bu səslər qəlbində doğurdu heyrət:
“İran camaatı İranda, aman
Gör necə baxır ki, şah ilə xana;
Onlar bir ağıllı iş görən zaman
Tamam heyran qalıb sevinir buna”.
Bir gün gedirdim mən bir dalda yolla,
Nəqafil qarşıma çıxdı bir molla.
-Ay Mirzə, xeyir ola, nə olmuş yəni,
Heç görmək olmayır məsciddə səni?
-Çünki əziz dostum, qaralır qanım,
Səni görən kimi azır imanım.
Nə qədər olsa da qəm, qüssə, kədər,
Dünyada dərd varmı yoxsulluq qədər?
Yazıq insanları bu dərdli tilsim
Qoymur nə yaşasın, nə də ki, ölsün.
Məhv edib insanın diləklərini,
Tökdürür ömrünün çiçəklərini.
Ən möhkəm adamın girib qəsdinə,
Qırır qürurunu dəyib şəstinə.
Aqili axmaqdan eyləyir asılı,
Saxlayır qəlbini hüzünlü, yaslı,
Acı fəlakətlər törədir hər an,
Axı yaşamağa yaranmış insan!
Yoxsulluq şairə bir boş məzardır,
Sərvət də, miknət də alçaqlardadır.
Onların önündə əyilən bir baş,
Gərək ayaqlarda əzilsin birbaş.
Ruhdan düşməməli, dərd, qəm nədir ki,
Bircə partlamasın qəlbimiz təki!
Zülmün bu dünyada hikməti yoxdur,
Hikmətin zülməsə davamı çoxdur.
Dərdü qəm əlində nə yan, nə inlə,
Qovla sən onları nəğmələrinlə ...