Məzmuna keç

Şahmat oyunu haqqında

Vikimənbə saytından
Şahmat oyunu haqqında
Müəllif: Mirzə Fətəli Axundzadə
Mirzə Fətəli Axundzadə fars dilində yazdığı bu şeirini öz kitabxanasında saxladığı “Qamusi-Firuzabadi” adlı kitabının əvvəlinə öz əli ilə köçürmüşdür. Çox güman ki, Mirzə Fətəli bu şeiri 1864-cü ildə Qocur yaylağında yazıb.


Biri şah, biri vəzir, ikisi fildir,
İki at və iki qala şaha kəfildir.
İrəlidə gedən piyada ikinci səfdədir,
Atlı və iki (yəni səkkiz xanə) ədədin hər biri şaha dəlildir.

Altmış dörd xanəlik şahmat oyunu məclisi,
Cümləsi ağ və qara rəngdədir.
Şah bir xanədən artıq sıçraya bilməz,
İrəliyə və geriyə qilü qalsız hərəkət edər.
Vəzirin hərəkəti həm düz və həm də çəp olur
Onun meydanı geniş və uzundur.
Fillərin hərəkəti daima çəp olar.
Qalalar isə onların əksinə hərəkət edərlər.
At iki xanədən artıq irəliləyə bilməz,
Həmişə düz gedib yan tərəfə dönər-onun hərəkəti belədir.

Müxalifi qarşısında görüncə
Bunların hər biri ona əzrayıl olar.
Piyada tək addımla düz hərəkət edər,
Öz hərifi ilə yanaşı olduqda mütləq vurular.
Əgər düşmənin sahəsini keçərsə
Cəlallı vəzir olar.
Əgər şah köməksiz və tək qalarsa
Düşmən ona hücuma keçər.
O artıq əsirdir, sən şahı mat say,
Çünki onun ölüm günüdür!