Şahnəzərlə Məryəm xanımın deyişməsi
Görünüş
Şahnəzərlə Məryəm xanımın deyişməsi Müəllif: Şahnəzər - Məryəm xanım |
Məryəm xanım Aşıq Camalın anasıdır. Mənbə: Aynur Qəzənfərqızı. "Aşıq Camal və onun yaradıcılığı" (PDF). Azərbaycan Aşıqlar Birliyi (az.). "Ozan dünyası" jurnalı, №4(19). 2014. 2016-08-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Şahnəzər
Muştuluq Məryəm xanıma,
Xan Camalın gəldi sənin.
Vilayəti zəcv eliyən
Xan Camalın gəldi sənin.
Məryəm xanım
Muştuluğa yeddi xəznə,
Xan Camalım gəlsə mənim.
Dörd gümüş, üç qızıl
Xan Camalım gəlsə mənim.
Şahnəzər
Camal düşmüşdü düzlərə,
Baxmaq olmurdu gözlərə.
İnanginən Şahnəzərə,
Xan Camalın gəldi sənin.
Мəryəm xanım
Məryəməm çəkdim ahi-zar,
Ağlardım hər səhər-səhər.
Vilayət deyər bəxtəvər,
Xan Camalım gəlsə mənim.