Məzmuna keç

Şair (Teymur Kərimli)

Vikimənbə saytından
Şair (27.03.2021)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]
Bilmişəm, bulmam vüsalın, leyk bir ümmid ilə

Gah – gah öz xatiri – naşadımı şad eylərəm…

Məhəmməd Füzuli


Bu qədər kağız puç etdin, kimə xeyri oldu, sair?

Ha dedin ki, solmasın gül, xəzan oldu soldu, şair!


Bəşərə qıcıb köpək diş, niyə bəs yorulmadı şər?

Şərə qarşı döş gərərkən niyə bəs yoruldu şair…


Yenə gəldi fəsli – gülşən, gözü dolu qanlı yaşla,

O axar sular bulandı, su kimi duruldu şair.


Çoxu bilmədi qəzəbdən ürəyində bomba varmış,

Şərə qarşı partlamaqçün qoşulub quruldu şair.


O zərif vücud qələmdən elə bir güc aldı, coşdu,

Tozanaq qopardı, saldı necə gör gurultu şair.


O, Nizamidir, Füzuli, o, Nəvaidr, Şekspir,

O düha Homer və Puşkin, ulu Sabir oldu şair.


Bəşərin görüb cəfasın, gücü yox sözün – inandı,

Yenə bir umudla Teymur soruşar ki: “Nooldu, sair?”