Şamu səhər, ey dil, vəchi-dildarə
Görünüş
Şamu səhər, ey dil, vəchi-dildarə Müəllif: Mir Həmzə Nigari |
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005. |
Şamu səhər, ey dil, vəchi-dildarə,
Sərf eylədin nəzər kim oldun mail.
Zərrə qədər yer qalmadı əğyarə.
Gostərdi uz dilbər, məhv oldu hail.
Cakər eyləmiş kim, səni bir şahid,
Hasil olmuş sana ulfəti-cavid.
Şukr eylə kim, buldum dovləti-xalid,
Ey dəli dil, ey bəndeyi-İsmail.
Kəmali-eşqə kim eylədin iman,
Gostərdi uz sana yəqini-canan.
Sərvəri-xubanə bəxş eylədin can,
Bəxş eylədi sana ruhu-şəmail.
Girdin kim, meydanə mərdi-mərdanə,
Vermədin bac Təhəmtəni-dastanə.
Eylədin kim, ta xidməti-şahanə,
Şahənşahdan gəldi sana həmail.
Oynadarsan ki, top, qılırsan covlan,
Cəkərsən ki, cilə, atarsan peykan.
Ey Seyid Nigari, ey mərdi-meydan,
Ey fənni-hunərdə ustadi-kamil.