Məzmuna keç

Şanapipik

Vikimənbə saytından
Rəvayətlər. Şanapipik
Müəllif: Şifahi xalq ədəbiyyatı

Əfsanəyə görə, ŞANAPPPİİİKKKPİK və ya Şanapipik - bir gözəl gəlin imiş. Saçları özündən də gözəlmiş. Xınayı rəngiylə günəştəki işıq saçarmış. İki övladı varmış. Birinin adı Hop-Hop, o birinin Up-Up imiş. Hər səhər ərini işə yola salandan sonra balalarıyla gözəl vaxt keçirərmiş. Ərinin yolunu gözləyərmiş. Günlərin bir günü gəlin yenə də ərini yola salandan sonra saçlarını yumaq üçün hazırlıq görməyə başlayarmış. Çünki saçları o qədər uzun imiş ki, yumaq çox vaxt apararmış. Beləcə gəlin uşaqlarını yedizdirər, əzizləyər, həyətə oynamağa göndərər. Saçlarını isladıb, daramaq istəyəndə qapının eşiyindən səs eşidər. Qayınatasının səsini. Baba nəvələrlərlə hal-əhval edincə, gəlin saçında daraq, ortalığı yığışdırmağa tələsər. Qoca nəvələrilə qapıya bir addımlığında ikən gəlin çaşıb qalar. "Qayınatası onu yaş saçlarla görərsə, utancından bir daha onun üzünə baxa bilməz" həyəcanıyla əlini göyə tutub Allaha yalvarar: - "Allahım, məni bu utancdan qurtar deyər!". Evin qapısı açıldığı anda qapıdan balaca bir quş pırr eliyə uçub gedər. Bax beləcə həmin gəlin, quş olub saçında daraqla ağaca qonar. İnsanlardan bir az kənar gəzər. Amma övladlarından narahat qaldığı üçün tez-tez onları "Hop-hop-hop", "Up-up-up", - deyə səsləyər. O gündən o quşa Hop-Hop quşu, ya da Şanapipik deyərlər.

Mənbə

[redaktə]