Şenliyin
Jump to navigation
Jump to search
Şenliyin Müəllif: Aşıq Nəsib |
Mənbə: Aşıq Nəsib. Toplayıb tərtib edənlər: H.İsmayılov, T.Səmimi. Bakı: Səda, 2004 |
Bir vaxt bu yerlərdən keçib gedibdi,
Gəzir ağızlarda sözü Şenliyin.
Təbli adamların sinəsindədir,
Çeşməsi, bulağı, sözü Şenliyin.
Gündən güzərandan sınır ürəyim,
Ay Nəsib, ustadı anır ürəyim.
Həsrətdən od tutub yanır ürəyim,
Yaloyu, ataşı, közü Şenliyin.