Şerim (Əhməd Cavad)
Görünüş
Şeirim Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. Seçilmiş əsəsrləri. Bakı, "Şərq Qərb nəşriyyatı", 2005. səh.257 |
Şerim sınıq bir türk sazı, ağladaraq tellərini,
Adaq-adaq gəzmək istər könlüm Turan ellərini!
Ben bir Turan yolçusuyam, əlimdə bir sönük məşal,
Aman, şerim, hüm m ət eylə, aman, təbim, bir qanad çal!
Açın qəlbim qubarını, baxın nədir baş yazısı?
Əwəl Allah göndərəndir, sonra Türkün bayatısı!
Turan öylə bir müqəddəs Kəbədir ki, hər bir daşı
Kölgəsində düşər yerə Türkün əgilm əyən başı!