Şeyda könlüm unutmur, ol yari-bivəfanı

Vikimənbə saytından
Şeyda könlüm unutmur, ol yari-bivəfanı
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 16.

Şeyda könlüm unutmur, ol yari-bivəfanı,
Eşq əhli, həmdulillah, ehsan bilir cəfanı.

Binti-Rəsuli-Əkrəm, nuri-do-çeşmi-Zəhra,
Zəhraya zülm edənlər incitdi Mustəfanı.

Bir yarə ruhum aşiq hüsnündə nuri-Xaliq,
Lütfüylə feyziyab ol, zikriylə tap şəfanı.

Gizli xəzinələr var ümmül-kitab içində,
Aç sirri-Həl-Ətanı, təfsiri-qulkəfanı.

Sənsən Uyubi-Səttar, sənsən Qafur Qəffar,
Səndən dilər mərizan min dərdə bir şəfanı.