Şeytan bunun nərəsində
Görünüş
Şeytan bunun nərəsində Müəllif: İbrahim Dərdli |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Telli sazdır bunun adı,
Nə ayət bilər, nə qazi,
Bunu çalan anlar özü,
Şeytan bunun nərəsində?
Venedikdən gəlir teli,
Ərikdəndir bunun qolu,
Hey Allahın şaşqın qulu
Şeytan bunun nərəsində?
Abdəst alsan aldın deməz,
Namaz qılsan qıldın deməz,
Qazi kimi haram yeməz,
Şeytan bunun nərəsində?
İçindəmi, dışındamı?
Burqusunun başındamı?
Köksünün naxışındamı?
Şeytan bunun nərəsində?
Tut ağacından təknəsi,
Kirişdən bağlı pərdəsi,
Behey, insanın törəsi,
Şeytan bunun nərasində?
Dərdli kimi sarıqsızdır,
Ayağı da çarıqsızdır,
Buynuzu yox, quyruqsuzdur,
Şeytan bunun nərəsində?