Şiə dinində məzdəki inancları
Şiə dinində məzdəki inancları (1892) Müəllif: Əhməd bəy Ağaoğlu Tərcümə edən: Hamlet Qoca |
İlk dəfə 1892-ci ildə Şərqşünasların IX konqresinin materiallarında fransız dilində nəşr edilmişdir. |
Şiəliyin necə yaranması üzrə indiyə qədər birbaşa araşdırma
aparılmayıb. 1871-ci ildə “Jurnal Azyatik”də çap olunmuş mə-
qaləsində cənab Stanislas Giyar və Kollej dö Fransada Pəhlə-
vinin müəllimi olmuş alim T.Darmesteterin Mehdi haqqındakı
maraqlı kitabçasında bəzi məlumatlar vermiş və mövzunun çox
maraq kəsb etdiyini bildirmişlər. Lakin onların hər ikisi ancaq
şiəliyin bəzi formaları haqda yazmış, şiəliyin mənşəyi isə qaranlıq
olaraq qalmışdır. Amma şiəlik islam tarixində psixoloji
cəhətdən ən maraqlı, ən nadir bir fenomendir. Başqa ikinci
dərəcəli suallar, məsələn, İsmaililər məzhəbinin, Masiriliyin,
Karmatların, Drantların, Sufilərin, Şeyxilərin, Babilərin mənşəyi
ancaq Şiəliyin mənşəyi öyrəniləndən sonra məlum olacaqdır;
çünki bütün bu fəlsəfi, dini və əfsanəvi inanclar Şiəliyin
əsasında yaranmışlar və Şiəliyin mənşəyi öyrənilməyincə onlar
haqda məlumatlar da yarımçıq olacaqlar.
Avropa dillərində Şiə sözü işlənəndə “Əli məzhəbçisi”,
“Əlinin tərəfdarı” mənaları anlanılır. Şiəliyin təsvirində bu ən
yanlış təsəvvürdür. Şiəlik özünə sərfəli bir hökumət dəyişikliyi
istəyən bir siyasi partiya, yaxud hüququ pozulmuş adamların
hüququnu bərpa etmək istəyən bir qurum deyil. Doğrudur, əvvəldə
onun siyasi cəhətləri olub, amma onu təmsil edən adamlar
neçə əsrlər əvvəl siyasi arenadan gedib və əgər Şiə ancaq öz
hüquqları uğrunda mübarizə aparsaydı bu əhəmiyyətsiz bir iş
sayılardı. Həm də ki, Şiəlik qəlbləri idarə etmək istəyir, məişətdə
və ictimaiyyətdə davranış qaydaları, düşüncə və duyma
qaydaları təlqin edir, bir sözlə mənəviyyat dərsi verir, bu isə
siyasi fəaliyyət sayılmır.
Həm də Şiəlik sözün tam mənasında bir din deyil, yəni kiçik
varlıqla böyük varlıq, yaradılanla Yaradan arasında əlaqə deyil,
bu əlaqələr bəşəri olmalıdır, yerli əhəmiyyət daşımamalıdır,
ancaq indiyə və gələcəyə aid olmalıdır. Şiəlik isə belə deyil,
məhdud bir məkan içində o sizə tək indi və gələcəyi deyil, eyni zamanda keçmişi də təlqin edir. Hər şiə iranlıdır; Əgər Şiə Rüstəmin
ali mənşəyinə və onun möcüzəli qəhrəmanlıqlarına inanmırsa
şiə deyil; o günlərin birində İsfahan yaxınlığındakı bir
quyudan möcüzəli bir insanın çıxıb dünyanı xilas edəcəyinə və
Rüstəmlə Kavanın onun yanında olacağına inanmırsa Şiə deyil;
o İranın işıqlı, elmli, təmiz bir ölkə olduğuna, dünyanın taleyinin
ondan asılı olduğuna inanmırsa şiə deyil. Qısa desək şiə olmaq
iranlı olmaq deməkdir, onun keçmişini tamlıqla qəbul etmək,
ona qovuşmaq, onun uğuruna sevinmək, qəminə ortaq olmaq,
arzularına şərik olmaq deməkdir.
Beləliklə, şiəlik nə sözün əsl mənasında bir dindir, nə də
siyasi bir partiyanın təzahürü, o İran milli ruhunun sintezidir,
uzun əsrlərdən bəri keçmişlə və indi, Məzdəkilik və islam arasında
yaranmış bir uzlaşmadır. Bu cür uzlaşmalar başqa yerlərdə
və başqa formalarda da mövcud olmuşdur. Xristianlığın tarixinə
nəzər saldıqda onun Misirdə, Yunanıstanda, Romada və müasir
Avropanın başqa xalqları arasında necə qəribə dəyişikliklərə
uğradığını xatırlamaq kifayətdir. Ümumiyyətlə, öz tarixi ənənə-
si, çoxəsrlik tarixi, öz dini və ədəbiyyatı olan hər bir xalq başqa
bir xalqla təmasda olduqda onun maddi və mənəvi təsirinə
məruz qalır. Keçmiş ənənələr, qədim dinlərlə yeniləri arasında
şiddətli mübarizə başlayır və bu ideyalar və ənənələr mübarizə-
sinin nəticəsində keçmişlə indi arasında orta bir səviyyə alınır,
iki dinin bir növ birləşməsi yaranır. Burada müasirlik öz varlı-
ğını itirmədən keçmişlə uyğunlaşır və ondan götürə biləcəklərini
götürür. İranla Ərəbistanın qarşılıqlı vəziyyətlərinə bələd olan
hər kəs bilərdi ki, İslamın meydana çıxdığı vaxt İranın sonrakı
dövründə bu tarixi qanun həmən ölkə üçün uyğunlaşdırılacaqdır.
Bir tərəfdə öz şöhrətinin və mədəniyyətinin zirvəsində olan,
hakimiyyəti Ərəbistanın şimalında və cənubunda böyük əraziyə
yayılmış İran, digər tərəfdən isə boş səhradan ibarət, özünün
tarixi keçmişi və birgə ənənələri olmayan, daim bir-biri ilə
savaşda olan qəbilələrdən ibarət bir ölkə. Dünyanın uzaq bir
küncündə qalmış bu ölkə özünə qapanmışdı və qonşu xalqların mədəniyyətlərini qəbul etmirdi. O dövrün iranlısı üçün ərəb
kobud bir varlıq, ayağı yalın bir dəvəçi, qızmar səhrada həyat
sürən, heç bir mədəniyyəti və tərəqqini yaxın buraxmayan bir
məxluqdur. Xosrovun onun barədə Allahın elçisinə verdiyi kinayəli
cavab artıq məlum olduğuna görə təkrar etməyə dəyməz.
Amma həmən bu Ərəbistan qəhrəman bir vətənpərvərin çağırışı
ilə uzun yuxusundan oyandıqda və güclü bir öyrədicinin pey-
ğəmbər inamı ilə cana gəldikdə, mat qalmış İrana sübut etdi ki,
əsl ucalıq zənginliyin artmasında və ənənələrin inkişafındadır.
İran gördü ki, nifrət etdiyi bu səhra ölkəsində Zohak ilanı hələ
də fışıldayır və o Cəmşid dövründəki kimi təslim oldu. Amma
Kavanın ruhu hələ ölməmişdi və İranın təslim olması məcburi
idi, nə özünün itirilməsi, nə də unudulması demək deyildi. Uzun
əsrlərdən bəri davam etmiş şöhrətli bir keçmişi, ən zəngin və ən
elmi bir dini və mifologiyanı qəfildən dəyişib, ona qədər həqarətlə
baxılan, aşağı irq sayılan bir xalqın gətirdiyi inamı qəbul
etmək mümkün deyildi. Mənşəyi məlum olmayan, yəqin ki, xalq
yaradıcılığı olan və təmiz dillə ifa olunmuş bir xalq deyimində
keçmişlə indi arasında tərəddüd edən, təslim olmuş, qüssəli iranlı
qəlbinin ağır taledən acı və kinayəli şikayətini sizə çatdırmaya
bilməzdim: “Sənə lənət olsun, ey dəyişkən tale, Sən ərəbi elə
əzizlədin ki, o dəvə südü içdiyini və kərtənkələ yediyini unutdu
və Kayyanilər taxtına göz dikdi”.
Amma bu ağır vəziyyətdə də iranlı həmişəki kimi bir çıxış
yolu tapdı; o İslam örtüyü altında yeni bir din yaratmağa başladı.
Sahibi təəccübləndirməmək üçün bu iş ərəb adı altında görü-
lürdü, amma eyni zamanda keçmişi və qədim mifologiyanı da
özündə saxlayırdı. Bu yeni din Şiəlik idi.
İran bu dini necə yarada bilmişdir; bu din necə formalaş-
mışdır; onun başlanğıc nöqtəsi nədir; bu işdə kimlər fəal rol
oynamış və ona öz dühalarının rəngini vermişlər? Bunlar maraqlı
suallardır, amma bədbəxtlikdən onlara ancaq təxmini cavab
vermək olar. Heç bir müsəlman yazıçısı məsələni tarixi inkişaf
cəhətdən araşdırmayıb və bu gün dəqiq cavab əvəzinə fərziyyə yürüdürük. Mən həqiqətə daha yaxın saydığım və vəziyyət dəyi-
şənə qədər inanacağım bir fərziyyəni sizə təqdim etmək istə-
yirəm.
İslamın lap əvvəlindən müsəlman aləmində bir iranlı meydana
çıxmış və onda az-çox şərəfli bir rol oynamışdır. Adının indi
də iranlı ruhu və dini inancları üzərində təsiri istər-istəməz
diqqətimizi ona cəlb edir və onun şiə dininin formalaşmasında
fəaliyyət göstərməsi fikri meydana gəlir. Bu şəxs məşhur
Salmani Farsidir.
Müsəlman yazıçıların əsərlərindəki bioqrafik qeydlərə görə
Salmani Farsi Fars əyalətində Dehkan ailəsində dünyaya gəlib.
Bu gün dehkan dedikdə əkinçi yaxud kəndli nəzərdə tutulur.
Amma Sasanilər dövründə bu söz İran adət-ənənələrini qoruyub
saxlayan varlı və qədim kənd ailəsini nəzərdə tuturdu. Fikirdən
rahatlıq tapa bilməyən Salman Nasturi kilsələrini və yəhudi
məbədlərini dolandıqdan sonra Mədinəyə, dünyanın yeni canlandırıcısının
yanına gəlmiş və Məhəmmədin ən etibarlı, ən
yaxın əzhablarından birinə çevrilmişdir. Həzrət Məhəmmədin
vəfatından sonra o Əliyə bağlanmış, onun sirdaşı və köməkçisinə
çevrilmiş, ona xidmətlər göstərmişdir. Deyilənə görə o bir
dəfə Əlinin həyatını xilas etmiş və həmin vaxt bu şəxsiyyətin
qeyri-adi bacarığı üzə çıxmışdır. Kufə camaatı Əlini öldürmək
qərarına gəlibmiş və bu qərarı həyata keçirmək üzrə imişlər.
Düşmənlər Xəlifənin evinə gəliblərmiş. Sadiq xidmətçi özünü
itirmir, öz ağasını torbaya qoyub çiyninə atır və sakitcə şəhərdən
çıxır. Düşmənlər ondan torbada nə olduğunu soruşurlar, o isə
cavab verir ki, torbadakı Əlidir. Onlar bunu zarafat sanıb gülür
və Salmanı buraxırlar. Bu rəvayətin həqiqətə nə qədər uyğun
olduğunu bilməsəm də şiələrin buna böyük əhəmiyyət verməsindən
duyulur ki, Salman Əlinin ən yaxın dostu imiş və ona
təsir edə bilirmiş. Məlum məsələdir ki, Salman bu təsirdən
İranın xeyrinə istifadə etməyə çalışıb. Parsi Mobedin oğlu,
Dehkan ailəsindən çıxmış bu şəxs İran ənənələrinin qoruyucusu
və davamçısı idi, İran qanunlarına bağlı idi və o Peyğəmbərin
yaratdığı hakimiyyətin xalqçı mənşəyinə çətinliklə uyğunlaşırdı.
Çox mümkündür ki, o, Məhəmmədin əmisi oğlu, həm də kürə-
kəni olan və iranlı düşüncəsi ilə onun əvəzsiz varisi sayılan
Əlini İran taxtına gətirmək üçün plan qurmuş və bu mövzuda
ölkəsinin ağıllı adamları ilə məsləhətləşmişdir. Belə deyilsə,
geniş fəaliyyətdə olmayan və o vaxta qədər İranda heç tanınmayan
Əlinin bu ərazidə çoxlu tərəfdarı yaranmasını və onun öz
düşmənləri ilə döyüşlərini İran səhnəsinə keçirmək istəyini nə
ilə izah etmək olar? Bundan başqa, məlumdur ki, Əli oğlanlarından
birini – Hüseyni Yezdəgird Şahrabanunun ərəblərə əsir
düşmüş qızlarından biri ilə evləndirib. Düşünmək olmazmı ki,
bu siyasi izdivac ancaq Sasani ailəsinin hüquqlarının Əli ailəsi
üzərinə keçməsi məqsədi ilə qurulub? Üstəlik də İmamlıq Əlinin
böyük oğlu Hüseynə keçməkdənsə onun Şahrabanu [1]
tərəfdən
olan davamçılarına keçib. Salmana aid sayılan rəvayət və hədislərin
əksəriyyəti Hüseynin tərifindən ibarət olur, elə bil onu
məşhurlaşdırmaq işinə xidmət edir. Kərbəla qırğınında İmamın
ətrafındakı kişilərin hamısı həlak olduqdan sonra Şiə inamına
görə beni-Haşim (Əli ailəsi) bayraqdarı Şahrabanu olur. Ərinin
ölümündən sonra o düşmənlər arasında ərinin cəsədini tapıb
onun qanlı paltarını geymiş, başına peyğəmbərin bornosunu
bağlamş (bu Beni-Haşimin simvolik mirası sayılırdı), Abbasın
(Hüseynin qardaşı və bayraqdarı) bayrağını qaldırmış və simvolik
vərəsə sayılan Zülcenah atına minərək düşmənlərlə əsirlik
şərtlərini danışmağa getmişdir. Şərqdə bu danışığa ancaq başçı
gedə bilərdi. Şahrabanu bu işi Sasanilər və Beni-Haşimin varisi
olan oğlu dordüncü İmam Zeynalabdinin xəstə və zəif günlərində
görmüşdür. Onu Hüseynin qızları və Məhəmmədin nəvələri
Zeynəblə Gülsüm müşaiyət etmişlər. Ərəb ailə ənənəsinə görə
onların görəcəyi işi, əslində yad sayılan Şahrabanu fars adəti ilə
həyata keçirmişdi. Amma müqəddəs hüquq bu cür rəhbərliyi
qəbul etmir və Şahrabanunun 3-cü və 4-cü İmamlar arasındakı bu qısa müddətli fəaliyyəti göstərdi ki, hər yanda İran ruhu keç-
mişlə indini qarışdırmağa çalışmış, ondan istifadə etmək istə-
mişdir.
İlk şiələr öz dinlərinin yaranmasında Salmanın oynadığı rolu
yaxşı anlayıblar. Cənab Stanislas Kiyardın çap etdiyi bir əlyazmasında
məşhur İsmailiyyə (əvvəlcə Şiəliyin bir qolu olub)
başçılarından biri Rəşid-əd-Din Sinan Məhəmməd peyğəmbərdən
danışarkən deyib:
“Sonra mən dövrün hakimi olan Əli qayəsində göründüm,
sonra isə Məhəmməd libasına girdim; mənim böyük şəxsiyyətimi
qoruyan isə Salman oldu”.
Hələ bu gün də dini məsələlərdə onun hörməti elə ucadır ki,
adını yerli-yersiz rəvayət və hədislərlə bağlayırlar. Məsələn dindar
bir qadın Salmanı yuxuda görür və Salman ona Məhəmməd
peyğəmbərin adından hədis söyləyir. Bu cür əhvalatların Rozat-i-
Şohada (Şəhidlər bağı) və Fazil-i-Dərbəndi kimi ciddi əsərlərdə
yazılması, onun şöhrətinə xidmət edir. Bu böyük şöhrət isə Salmanın
keçmiş siyasi-dini fəaliyyətinə bir abidə kimi qəbul olunur.
Digər tərəfdən, Şahrabanunun əri və Yezdəgirdin kürəkəni
olan Hüseyn farslar arasında böyük hörmətə malikdir; Onu
İmamların ən əzizi sayırlar; onun əzablarına həsr olunmuş bir
tamaşa oynanılır, müxtəlif əsərlər yazılıb. İranlılara görə o,
İmamlığın ən bariz nümunəsi, keçmiş və müasir İran arasında
əlaqə vasitəsidir. Onun şəxsiyyəti iranlıların gözündə hüquq,
aşkarlıq və ləyaqətin simvolu idi və İranı işğal və qarət etmiş
əvvəlki üç xəlifənin əksi sayılırdı.
İndi, əvvəlcə deyilənləri və İranın Əli ailəsinə ancaq Sasanilərin
tək və əsl varis kimi baxdığını nəzərə alanda Şiəliyin
mənşəyini izah etmək mümkün olur. Həqiqətən də Sasanilərin
tacı qədim Məzdək krallığının xüsusiyyətlərini saxlayan BeniHaşimin
başı üzərinə keçməli idi. Bu xüsusiyyətlərdən ən vacibi
və bu gün şiəliyin əsasını təşkil edəni insanın ilahi təbiətdə
iştirakıdır. Bu inanc isə ortodoks islama çox ziddir. Məlumdur
ki, qədim məzdəkilikdə krallıq Şatra-Verya, bu gün isə Şahrivar
adlanan ilahi bir qüvvə ilə təmsil olunub. Krallar həmən ŞatraVeryanın
ruh daşıyıcılarıdır və məzdəki inancına görə “onlar
insanlar arasında tanrı, tanrılar arasında insanlar olublar”.
Müteşerrilərin, yaxud ortodoks şiələrin gözündə imam sözünün
başqa mənası yoxdur: İmam burada ilahiyyatı, yüksək şüuru
təmsil edir və buna görə də dini və mənəvi cəhətdən dünyanı
idarə etmək hüququ vardır. Təbiidir ki, ilk imamlar Əli və onun
davamçıları olmuşlar; İran onların din sahəsindəki qərarlarını
diqqətlə izləmişdir. Onların İrandakı krallıqla bağlı hüquqlarına
gəldikdə isə, bunu əldən verməmək üçün ümidsizliklə vuruşmuş,
ancaq bircə dəfə, Əl-Mamun dövründə uğur qazana bilmişlər.
Bu hiyləgər Xəlifə Abbasın əcdadı və Əlinin qohumu olduğuna
və İranın köməyi ilə Xilafət taxtına sahib olmuşdur. O İrana söz
vermişdi ki, qızını səkkizinci İmam Rzaya ərə verəcək və onu
varis təyin edəcək. Amma vədi yerinə yetirmək vaxtı çatanda
razılığı pozmuş və Rzanı zəhərlətmişdir. Yenidən mübarizə baş-
lamış və hicri tarixinin 3-cü əsrinin sonuna, Beni-Haşim ailə-
sinin son nümayəndəsi, on ikinci İmam Abul-Kasım, gələcəyin
Mehdisi yoxa çıxana qədər davam etmişdir. Onunla birgə
hakimiyyətin və krallığın mövcud prinsipləri yer üzündən yoxa
çıxıb. Çünki Şiə iranlının fikrincə krallıq zülm, kral isə zalım
deməkdir. Elə ki, haqsızlıq həddini aşdı, qədim İran mifologiyasında
həmişə ölkəni xilas etmiş varlıq indi Mehdi qayəsində
meydana çıxır. Öz seyidlik bacarıqlarından məharətlə istifadə
edən Səfəvilər taxta gələndə bütün İranda şayiə yayılmışdı ki,
İsfahan yaxınlığında bir quyuda, dünyada haqq-ədaləti bərpa
etmək üçün tam silahlanıb hazır olan və kömək üçün Mehdinin
gəlməsini gözləyən Rüstəm, öz quyusundan çıxmışdır və vaxtın
çatdığına inanır. Amma o ümidinin boşa çıxdığını görüb dünyanın
sahibini gözləmək üçün öz yerinə qayıtmışdır. Lakin dünya
sahibinin gəlməsinə və Rüstəmlə birgə yer üzündən zülm və
haqsızlığın silinəcəyi günə qədər dindarları doğru yolla aparacaq,
heç olmasa dini qoruyacaq adamlar lazım idi. Bu adamlar
isə müctəhidlər idi, onlar hər cür dini və dünyəvi hakimiyyətə malik olan imamlar qrupu tərəfindən idarə olunurdular. Ancaq
onlar dindarlara rəhbərlik edə bilər və imamlar tərəfindən idarə
olunduqlarına görə dini özünəməxsus şəkildə və tam sərbəstliklə
yozmaq imkanına malik idilər. İmamların hörmətini qazanmaq
üçün ideala, yəni İmamın özünə mümkün qədər yaxın olmaq,
beləliklə ədalətdə, elmdə, bir sözlə, dini və mənəvi sahələrdə
üstün olmaq lazım idi. İmam bildikdə ki, şəxs kifayət qədər mü-
kəmməlləşib, onun ruhu müctəhidə keçir və onun hər hərəkəti,
hər kəlməsi imamınkı sayılır. Ona xidmət etmək İmama xidmət,
etiraz isə İmama etiraz sayılır.
Burada dayanıram; mən Şiəlikdə üç körpünü – imamlığı,
Mehdini və müctəhidliyi göstərmək istəyirdim. Bu üç körpü
Sünni üçün Allahla bəndə arasında geniş bir məkandır, Şiəliyin
isə əsas əlamətləridir. Bilirsiniz ki, yeni fikir və biliklərin meydana
çıxması ilə əlaqədar bu üç körpü böyüyə, genişlənə bilər,
hətta ilahiyyatla bəşəriyyət arasındakı boşluğu doldura bilər.
Deyəsən çox uzağa getdim. Qoy İran tarixini, ilkin şiəliklə şiə
torpağında yetişən dini və fəlsəfi məktəbləri birləşdirən əlaqə-
ləri, onların müxtəlif görkəminə baxmayaraq eyni nöqtədən baş-
lamalarını – yəni insanın ilahi təbiətdə iştirakını təmsil edən
məzdəki inamı olduğunu başqa, daha bilikli, daha məlumatlı
adamlar araşdırsınlar.
Məzdəkilik və şiəlik arasındakı əlaqələr haqda dediklərimə
əlavə olaraq, sonda, İranda hələ də mövcud olan Məzdəki bayram
və inanclarını nümunə göstərmək istəyirəm. Bunlar qədim
inancların yeni inanclara necə sızdığına bir misal ola bilər.
Məlumdur ki, qədim İran dinində Novruz yaradılmanın ilk
günüdür və Məzdəki ilinin altı fəslinin birincisidir. Onu təbiətin
yeniləşməsi kimi də bayram ediblər. Zərdüşt ənənəsi, ona əsasən
isə Firdovsi göstərib ki, həmən gün Cəmşid tərəfindən bayram
elan edilib, bütün şahlar taxta həmin gün çıxıb, əyyam və xalqla
birgə təntənəli bayram ediblər.
Şiə dini bu bayramı yaşadacaq, amma həmən gün Firdovsi
ilə Cəmşidin gününə deyil, Əli və övladlarının təntənəsi gününə
çevriləcək. Xalq rəvayətində deyilir ki, Əli öz düşmənlərinə,
xalqın yaddaşında pis xatirəyə dönmüş əvvəlki üç xəlifəyə qalib
gəldikdən sonra həmən gün taxta çıxıb. Novruz bayramını təsvir
etməzdən öncə ondan əvvəlki günlər haqda danışmalıyam. 21
mart Novruz günündən əvvəl hər çərşənbə axşamı həyətlərdə
böyük tonqallar qalanır. Xalq inancına görə bu tonqallar BeniHaşim
qələbəsinin öncüsü, Hüseynin intiqamını almış Muxtarın
meydana çıxmasının simvoludur. Amma burada atəşpərəstlik
daha böyük rol oynayır. Muxtarın meydana çıxması isə onunla
müqayisədə əhəmiyyətsiz bir hadisədir. Təbəri öz yazılarında
göstərib ki, onun dövründə bu bayram çox təntənəli keçirilirmiş
və iranlılar öz zərdüştilik mənşələrini unutmamışdılar. Şübhəsiz,
müasir İran üçün Muxtarın adı dinsizliyi pərdələmək üçün bir
örtüyə çevrilib. Beləcə, hava qaralanda tonqallar yandırılır;
cavanlar (oğlan və qızlar) əl-ələ verib tonqal ətrafında dövrə
vurur, onu salamlayır və təbiətin dəyişməsi münasibətilə ondan
özlərinə xoş tale diləyirlər. Alov kiçildikdə tonqalın üstündən
tullanma mərasimi başlayır. Cavanlar bir-birinin ardınca tonqalın
üstündən atılıb keçirlər. İnanırlar ki, tonqalın alovu bədəni
bütün xəstəliklərdən təmizləyir, eyni zamanda insana güc, dö-
züm və gözəllik gətirir. Tonqal sönəndən sonra cavanlar əvvəlcədən
təyin olunmuş yerdə qruplarla toplaşıb gecəni oyaq qalır,
bəziləri qocaların, yaxud aşıqların söylədiyi rəvayətləri dinləyir,
öz taleləri ilə daha çox maraqlanan başqaları isə təbiət elementlərinə
(su, bitki, işıq) müraciət edirlər. Guya ki, bu elementlər
həmən gecə ali gücə malik olur və onlar qədim Məzdəkilikdə
Xurdad, yaxud Murdad rəmzi ilə tanınırdı. Nəhayət, 21 martda –
Novruz günü çatdıqda kasıb-varlı, hər bir iranlı təzə, ələlxüsus
şənlik və uğur simvolu sayılan qırmızı rəngli paltar geyirlər.
Dindarlar bir-birinə qonaq gedir və bu sözlərlə bir-birinə xoş
yeni il arzulayırlar: “Yeni iliniz, Həzrət Əlinin taxta çıxması
gününüz mübarək olsun”. Həmişə sərt qısqanclıqla qorunan
qadın və qızlar həmən gün tam azad olurlar. Novruz gününün
səhərindən onlar şəhər və kənd ətrafındakı çöllərə çıxır, bənövşə dərir, mahnı oxuyurlar. Bu bayramın təbiətini göstərə bilmək
üçün birgə oxunan mahnılardan birini tərcümə etməyə çalışdım:
“Gəl ey bahar, bizə səadət gətir:
Gəl ey günəş, qov bu qəmi-qüssəni.
İranın sahibi Əli,
Çöllərimizin sahibəsi Şahrabanu
Alçaldılmış xəlifələrin yası olan Novruz səhəri
Al geyimlə taxta çıxırlar.
Başqa qızlar isə bir qab suya üzüklərini salır və oxuyurlar:
“Sən ey xoşbəxtlik gətirən saf su,
Bizə gözəl və varlı bir nişanlı yetir”
Onlar suyu qarışdırır, üzüyün suya batma forması ilə talelərini görürlər.
- ↑ Dördüncü İmam Zeynalabdin Şahrabanunun oğludur