Şiri-Xudadır ləqəbin Ya Əli

Vikimənbə saytından
Şiri-Xudadır ləqəbin Ya Əli
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 50-51

Şiri-Xudadır ləqəbin, ya Əli,
Dağlar aşırdar qəzəbin, ya Əli.

Gərdi-rəhin naz eləyər cənnətə,
Qeyrətinin ruhu keçib qeyrətə,
Afərin Allah bəyənən xilqətə,
Ağla günəş heyran o xoş surətə,
Gülşəni, gülzarı salıb heyrətə,
Gül dəhənin, qönçə ləbin, ya Əli.

Tək Əli bənzərdi liqaullaha,
Nokərəm o sərvəri-şahənşaha,
Gah işığı şəmsə verər, gah maha,
Rəsmidir gənc üstə gələr əjdaha,
Bir teli yerdən baha, göydən baha,
Müştərisi aləmə gəlməz daha,
Mahliqa, zöhrəcəbin, ya Əli.

Dəhrara min şah ola, sultan ola,
Davud ola, Nuh, Süleyman ola,
Hüsndə min Yusifi-Kənan ola,
Sanma misali-şəhi-Mərdan ola,
Yox elə bir kəs sənə şayan ola,
Kaş deyirəm cismidə min can ola,
Cümləsi bir-bir sənə qurban ola.

Hikməti-tohid nədi, öyrət bilək,
Bir kərə qoy kuyinə mehman gələk,
Feyzə çataq, zövq aparaq, dincələk,
Səcdə qılar şəninə yer, göy, fələk,
İbrət alar davranışından mələk,
Allaha xoşdur ədəbin, ya Əli.

Ney kimi hərdən qılıram hey nəva,
Lütf eləyib cami-şəhi-Neynəva,
Dərdimə etsən, sən edərsən dəva,
Görmə mənə möhnəti-hicrin rəva,Ş
Kim uzadar əl mənə səndən səva,
Sənsən özündən eləyən ehtiva,
Xilqəti-əşya səbəbin, ya Əli.