Şirin-şirin (Aşıq Mürsəl)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Şirin-şirin Müəllif: Aşıq Mürsəl |
Mənbə: Tariyel Qəni, Şirvan mahalının Kolanı elatının ustad aşıqları, "Ozan dünyası" jurnalı, №3(24), 2015. səh.58-62. |
Səhər-səhər badi-səba əsəndə,
Köksünü köksümə gər şirin-şirin.
Qoy duraq göz-gözə, xəyala varaq,
Ağ üzündən busə ver şirin-şirin.
Sənsən var-dövlətim, binadarlığım,
Sən mənimlə olsan, yox qaranlığım.
Günü-gündən cavanlaşır varlığım,
Hər mənə deyəndə yar, şirin-şirin.
Kolanı Mürsələm, ay boyu bəstə,
Bəxtimə tuş olub sən tək növrəstə.
Gətir tər buxağı qoy üzüm üstə,
Qarışsın cismimə tər, şirin-şirin.