Məzmuna keç

Şirvanın

Vikimənbə saytından
Şirvanın
Müəllif: Mirzə Assanoğlu
Mənbə: Seyfəddin Qəniyev, 1918-Cİ İL ŞAMAXI SOYQIRIMININ AŞIQ, EL ŞAİRİ, ŞAİR VƏ ALİM ŞƏHİDLƏRİ. "Ozan dünyası" jurnalı, №1(22). 2015.

  
Ay ağalar, sizə tərif eyləyim,
Bahar olcaq açır gülü Şirvanın.
Bu yer qara gəlib, millət “ah” çəkir,
Düşübdür taprığa1 eli Şirvanın.

Dörd tərəfdən düşmən axıb gəlibdi,
Axıb göz yaşımız selə dönübdü,
Eşitmişəm Azad bəy[1] də ölübdü,
İndi bildim sınıb beli Şirvanın.

Yalan olsun qurban kəsim adına,
Beş kimsənə özü yetsin dadına.
Hərdən-hərdən heç düşürmü yadına,
Soyuq bulaqları, seli Şirvanın.

Top-topxana gəlir Gəncə elindən,
Ermənini dara çəkə dilindən.
Namus, qeyrət, dövlət getdi əlindən,
Gör kimə qalıbdı malı Şirvanın.

İstinadlar

[redaktə]
  1. Azadbəy Qocamanbəyov