Şuri-eşqin başıma axırı sövda gətirir
Şuri-eşqin başıma axırı sövda gətirir Müəllif: Xurşudbanu Natəvan |
Xurşidbanu Natəvan. Şuri-eşqin başıma axırı sövda gətirir |
Şuri-eşqin başıma axırı sövda gətirir,
Bu müşəxəssdi ki, eşq aşiqə qovğa gətirir.
Tari-zülfündü məni böylə giriftar eləyib,
Nə gələ başıma, ol zülfi-mütərra gətirir.
Gül üzün görmək əgər mümkün olaydı bir dəm,
Hər zaman görmək onu nuri-mücəlla gətirir.
Qaşü göz, novki-mücə fitnə üçün cəm olmuş,
Ox atıb, tiğ cəkib, hər biri dəva gətirir.
Könlümü qarət edir eylə ki, tari-zülfün,
Rumə, sanki həbəşi ləşgəri-yəğma gətirir.
Naqənin varmı şüuru bula aşıq guyin,
Onu Məcnunə tərəf cəzbeyi-Leyla gətirir.
Yusifin sanma, dübarə görə Yəqub üzün,
Mehr bazarına gör getsə, Züleyxa gətirir.
Yusifi Misrdə gər aldı Züleyxa nəqdə,
Nəqdi-can, aşiq olan, əldə mühəyya gətirir.
Sidqi-qəlb ilə nisar etmiş idin can nəqdin,
Natəvan, mücdə bu gün qətlinə fərman gətirir