Əşrəqət min fələkil-behcəti şəmsün və biha
Görünüş
Əşrəqət min fələkil-behcəti şəmsün və biha Müəllif: Məhəmməd Füzuli |
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.41. |
Əşrəqət min fələkil-behcəti şəmsün və biha,
Mələəl-aləmə nurən və sürurən və bəha.
Çıxdı bir gün ki, ziyasında təmamiyyi-rüsul,
Oldu məhv öylə ki, xurşid şüaində Süha.
Oldu bazari-cahan rövnəqi bir dürri-yetim
Ki, degil iki cahan hasili ol dürrə bəha.
Rütbeyi-hikməti-me’raci-kəmalinə görə,
Hükəma firqeyi-dun, fəlsəfə cəm’i-süfəha.
Münhiyi-mə’rifəti hal dililə daim,
Qılır əhli-həqə əsrari-həqiqət inha.
Necə təqrir edəyin vəsfini bir şahin kim,
Ona vəssaf ola “Yasin”u müərrif – “Taha”.
Ey Füzuli, rəhi-şər’ini tut ol rahbərin,
Bu təriqilə zəlalətdən özün eylə rəha!