Əbirim, ənbərim, müşkim, ğəzalim, Çinü Maçinim
Əbirim, ənbərim, müşkim, ğəzalim, Çinü Maçinim Müəllif: Kişvəri |
Əbirim, ənbərim, müşkim, ğəzalim, Çinü Maçinim,
Bənəfşəm, sünbülüm, laləm, gülüm, tazə gülüstanım.
Beheştim, düzəxim, hurim, qüsurim, nurimü narim,
Əzabım, rahətim, ruhum, mənim şəm’i-şəbistanım.
Kitabım, katibim, kilkim, yazılmış nameyi-ömrüm,
Dilazarım, cigərxarım, mələk surətlü nisanım.
Nigarım, dilbərim, yarım, vəfasız şuxi-dildarım,
Xəyalım, həmdəmim, fikrim, hədisim, şe’rü divanım.
Yüzi bədrim, sözi şəhdim, gözü ahu, saçı cadu,
Qədi ər’ər, təni mərmər, ləbi lə’li-Bədəxşanım.
Gözim, eynim, çirağım, afitabım, mərdümüm, çeşmim,
Zəbanım, fikrim, idrakım, sözüm təb’i-dürəfşanım.
Baharım, tazə gülzarım, pəri peykər, güləndamım,
Səmənbər tazə nəsrinim, mənim sərvi-xuramanım.
Meyü bəzmim, neyü çəngim, dilü dinim, xurü xabım,
Qərarü səbrim, aramım, nihani dərdə dərmanım.
Məta’im, mayeyi-ömrüm, qumaşım, nəqdimü nisyəm,
Əqiqim, gövhərim, kanim, bəhasız dürri-ğəltanım.
Cahan içrə mana sənsən muradü məqsədü məqsud,
Əzəl günində bağlanmış sənünlən əhdü peymanım.
Götür bürqə’ yüzün görgəz, inayət vəqtidür, şaha,
Nezə bolsun itab ilə xitabın afəti-canım.
Ğəmü ənduh ilən ölsəm, deməzsən, ey sənəm, xanı
Ğulamım, çakərim, itim, əsirim, bəndəfərmanım.
Cənabi-dövlətində Kişvəri bir quldur, sənsən
Bəgim, şahim, xudavəndim, ümidim, xosrovum, xanım