Ədəbiyyat

Vikimənbə saytından
Ədəbiyyat
Müəllif: Əliqulu Qəmküsar
Satirik şeir
Mənbə: Əliqulu Qəmküsar (2006). Seçilmiş əsərləri (az). "Şərq-Qərb". ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib. 2017-06-19 tarixində istifadə olunub.

Qurma bihudə, a Molla, bu qəder hengamə sən,
Bisəmərdİr hər qədər qılsan fəğan İslamə sən.
Dİqqət eylə, ay balam, qıl bir nəzər əyyamə sen,
Türkiyədən çox demə, gəl burda bax bayrame sən,
Mən deyirdim bəs ki sən bir aqili-fərzanəsən,
Bilməmişdim, əfv ele, divaneden divanesən.

Hərzevü hədyan deyib gəl beynimi qazma dəxi,
Türklərin hali-pərişanm bİzə yazma dəxi,
Sən nə millətsen onu qan, düz yolu azma dəxi,
Şiəsən saxla Əli bayramım pozma dəxi,
0 ne surətdir çekibsən başqa bir əfsanə sən,
Bilmemişdim, əfv elə, divanədən divanəsən.

Sən bilirsən ki, bu bayram mötəber bir eyddir,
Çünki banisi bunun şahi-Əcem Cəmşiddir.
Ol səbəbdən şiənin əyyami-bazdididir
Eyş, nuş əyyamıdır, bədməstlik təbiidir,
Bütpərəstsen, hər nəsən həmsayəsən İrana sən
Bilmemişdim, efv elə, divaneden divanesen.

Biz kimik, türklərdi kimlər heç düşünməzsənmi ya,
Nə eyləyək ki, Türkiyə şimdi olub matemsera?
Dərdimiz ne?.. Şimdi bayramdır fəqət gəl bax bura,
Iştə doldur bir bakal, novruzdur qaldır başa,
Etmə bu Qafqazı gel Allah üçün qemxanə sən,
Bİlmemİşdim, əfv elə, dıvanədən divanəsən.

Şİmdİ stollar bəzənmiş alma, limu, portağal,
Hər evə getson müheyyadır sənə zuma-qabal,
Konyakı çek başa nuş et şişə ile dalbadal,
Çun səne mövladı heyder höşrdə yoxdur sual,
Bundan özgə saxlama yadında bir əfsanə sən,
Bilmemişdim, əfv ele, divanədən divanəsən,

  • “Molla Nəsrəddin", 15 mart 1913, N 9