Məzmuna keç

Ədaləti pozma ümid qıl sevgiyə

Vikimənbə saytından
Ədaləti pozma Ümid qıl Sevgiyə! (1993)
Müəllif: RAUF CAVAD

Azan çağırır insanı xeyir işə,
Çıx köməyə, kimsəsizə, bax gedişə.

İnsan Əli ilə aləm məna alır,
Sülh gözü ilə dünyamız nizam qalır.

Hesabat verir İnsan, namaz qılarkən,
Ünsiyyət məna tapır, insan qanarkən.

Nəfs söhbət edir sevgili yarı ilə,
Çağır həqqi, Əli eşq şüarı ilə.

Aç əlini səmaya, din-iman istə,
Xeyirxah qul olmağı an, vicdan istə.

İki səcdə arası ağla, əfv dilə,
Səhvi qan, səhifəni bağla, əfv dilə.

Etmə zülm-əzab canlı varlığa əsla,
Peşman olub hər günaha, bir-bir ağla.

Salam ver xalis-gözəl ədəb-ərkanla,
Xeyir dua al hər an əxlaq imanla.

Əməl canlıdır, bir gün çatar köməyə,
Mükafat verilər xeyirə, əməyə.

Rauf xatırladır, zaman-möhlət niyə?
Ədaləti pozma, ümid qıl sevgiyə!