Əfqanın cavabı
Görünüş
Əfqanın cavabı Müəllif: Çoban Əfqan |
Mənbə: Nəriman Həsənzadə. Seçilmiş əsərləri. 7 cilddə. 7-ci cild. Bakı, "Prometey", 2014. |
Bizdən salam olsun, o Mirzə cana
Dastan tək olmağın mənası necə?
Deməynənki onu deyən anlamaz
Kitablarda varmı onunçün heca.
Aslan Osmanlıydı, qarlı dağ aşdı,
Gəldi burda düşməniylə dalaşdı.
Təkcə olmaq bir Allaha yaraşdı –
Həm gündüz xəlq edib, həm də ki, gecə.
Şair sözün deməz heç mərəz üçün,
Zaxotu yazmışam xaçpərəst üçün.
Əfqan o dağlardan çox tutub laçın
Tərlan ovun alar, olsa hər necə.