Əfsus ki, yox bu cəmiyyətdə mərifət
Əfsus ki, yox bu cəmiyyətdə mərifət! (1993) Müəllif: RAUF CAVAD |
Əfsus ki, yox bu cəmiyyətdə mərifət!
Yalançı, satılmış, korranmış cəmiyyət!
Söz olmuş yaltaq əlində silah-sursat,
Danışır yalandan düzəldir xurafat.
Gör kimlər susmuş bu alçaqlığa, həyat!
Özün yazar sayanlar, satılmış heyhat!
İtirmiş mənliyini bu bədbəxt xilqət!
Əfsus ki, yox bu cəmiyyətdə mərifət!
Küskün düşmüş xoşbəxtlik kimlər əlindən?!
Küsmüş qələm də pis insan əməlindən!
Yazılmış şeirlər həp sevgi şənindən,
Duymur şəfqəti kim, bu gün, dünənindən?!
Sürgün edilmiş səhralığa, həqiqət!
Əfsus ki, yox bu cəmiyyətdə mərifət!
Çoxdur yazan çox yaltaq, yaltaqlığından,
Yazır ki, məşhur olsun axmaqlığından!
Dara çəkilib kim, düz olmaqlığından?!
Qeybə çəkilib İsa, sayıqlığından!
Ərşə çəkilib düzgünlük, mədəniyyət!
Əfsus ki, yox bu cəmiyyətdə mərifət!
Əcaba söz niyə var?! Həqqi bilən var?!
Həqiqəti göstərməz o, kimdə yox ar!
Sanma yox Həqq sözlərin sahibi, ey xar!
Nə qədər ki, can var, Rauf bizlərə yar!
Doğar bir gün həqiqət, mütləq Ədalət!
Əfsus ki, yox bu cəmiyyətdə mərifət!
...Müəllif:Rauf Cavad