Məzmuna keç

Əgər üzbəüz dayanıb nəzər salsam mən çöhrənə

Vikimənbə saytından
Əgər üzbəüz dayanıb nəzər salsam mən çöhrənə
Müəllif: Tahirə Qürrətüleyn
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Əgər üzbəüz dayanıb nəzər salsam mən çöhrənə,
Oxuyaram hər qəmini, şərh edərəm səni sənə.

Fərağınla gözlərimdə ürəyimin qızıl qanı
Dəclə kimi, cülgə-cülgə, çeşmə-çeşmə, yenə, yenə...

Toxunubdur məhəbbətin ürəyimin qumaşına,
Damar-damar, arğaş-arğaş bağlayıbdır səni mənə.

Sənin üzünü görməkçün yenə dönüb axtarıram,
Küçə-küçə, qapı-qapı... Yetişirəm məhəllənə.

Verəq-vərəq, pərdə-pərdə gəzdin Tahirənin qəlbini,
Səndən özgə girə bilməz heç kəs onun ürəyinə.