Əgər sərgəşteyi-dəhr eylədi dövran məni-zarı

Vikimənbə saytından
Jump to navigation Jump to search
Əgər sərgəşteyi-dəhr eylədi dövran məni-zarı
Müəllif: Sadıq bəy Əfşar
Mənbə: Sadiq bəy Əfşar. Şeirləri (Transfoneliterasiya və fotofaksimile). Bakı: Nurlan, 2010.s.37-38.

Əgər sərgəşteyi-dəhr eylədi dövran məni-zarı,
Xoşam kim, hasilimdür hər zəman bir şux didarı.
Sevdigim, gər biqərarəm, ahu əfğandur işim, şadəm
Ki, hər saət tutub seyr eylərəm bir səhni-gülzarı.
Degil hər qanda isə bəhri-əşkim gövhəri zaye,
Qoyarlarmı bəsirət əhli yerdə dürri-şəhvarı.
Əgərçi dağdarəm qərib ilə çərx hər saət,
Mana mənzur edər hər qanda bar bir lalə rüxsarı.
Əgərçi təlxkaməm, möhnət ilə hər zəman eylər,
Zəmanə həmzəban kamimcə bip ləli-çəkərbarı.
Qərari-istiqamət vermədüm öz ixtiyar ilə
Ki, əldən ixtiyarım eyləyib bir şux rəftarı.
Bana cövr eylədükcə qeyri-canan mərhəmət eylər.
Ola tək Tarı yar, əda olur ə'vani-ənsari.
Məni bu qəhr ilən hər yar görsə, mehribanımdur,
Bəli, hər ruzinə tutar xurşid ənvarı.
Bana yar olmasaydı xublər mehri bu qürbətdə.
Şəmatət yolundin kim, döndərərdi çərxi-qəddarı.
Könül şad eylərəm bir söz ilə növhə budur,
Qaçan azad olur qəm qeydidin qürbət giriftarı.
Əgər qürbətdə xarəm, izzətim yox, ariyəm qəmdən.
Anınçün kim, qürbətin xarlığındin yoxdur ari.
Bu istedad ilə dövran bəni eylərmidi mövcud,
Əgər bilsəydi bu canbin cəhanda var xiridarı.
Bəni xar etmək üçün qürbü vəsli qeyrə tapşırdı,
Çəmən içrə, bəli, bihudə dehqan bəkləməz xarı.
Məni-üftadəni, ey dəhri-dun, hər dəm basıb keçmə,
Qəribin gərçi deyərlər pəst olur hər yerdə divarı.
Səzavari-məhəbbətdür ədu bəzmi-fəraqətdə,
Mənimi gördün, ey çərxi-fələk, möhnət səzavarı.
Cəfa çox eylədün, dövran, mana, ərz eylərəm imdi
Ona dərdi-dilim kim, vardur, əhldir qəmxarı.