Əldə mey, üzdə gülüş gəldi nigarım bu gecə
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Əldə mey, üzdə gülüş gəldi nigarım bu gecə Müəllif: Abbasqulu ağa Bakıxanov |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Əldə mey, üzdə gülüş gəldi nigarım bu gecə,
Pis nəzərdən uzaq, ol çeşmi-xumarım bu gecə,
Yar üzü meylə qızarmış, meyi etmiş üzü al,
Nə məharət eləmiş saqiyi-yarım bu gecə!
Mən bilirdim ki, kimə lütfi və ya nifrəti var
Almasaydı əgər o səbrü qərarım bu gecə.
Üzünü yad eləyib gözlərimə axdı qanım,
Batinü zahir olub güllü baharım bu gecə.
Qaşla üz, ayla günəş misli çıxıb bir yerdə,
Nə qiyamət eləyir laləüzarım bu gecə.
Kuyinə düşmək üçün sinəmi yırtmış könlüm,
O çəmənzari dilər bülbüli-zarım bu gecə.
Kakilindən hələ mən bircə dügün açmamışam,
Tökülür, Qüdsi, qələmdən nəki varım bu gecə.