Əli (Mirzə Həsib Qüdsi)
Görünüş
Əli Müəllif: Mirzə Həsib Qüdsi |
Mənbə: Axund Hacı Soltan Hüseynqulu oğlu. "Həzrət Əli (ə) və dünya ədəbiyyatı". Bakı, "Tural-Ə" NPM, 2001 |
Cahan əhlinə rəhnümadur Əli.
Ki,nuri zəminü səmadur Əli.
Ki sən ərşi-Əkbərsən ey Mustəfa,
O ərş üzrə şəmsüzzühadır Əli.
İki ləfzdür leyk mənadə bir,
Əli Müstəfa, Mustəfadur Əli.
Edib cilvə zatında mehr sifat,
Ki,ayineyi-həq nümadur Əli.
Qoyub başinə əfsər hələta,
Cahanda şəhi-övliyadur Əli...
Olub gülşəni- "Qüds"ə daim bahar,
O gülzarə eyni-səfadur Əli.