Əli (Qurbani)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Əli (Qurbani) Müəllif: Dirili Qurbani |
Mənbə: Qəzənfər Kazımov. "Seçilmiş əsərləri (10 cilddə, III cild)" (PDF) (az.). Nurlan. 2008. 2018-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-09-05. |
Damanda qalmışam, yetiş dadıma,
Özünü Xeybәrә yetirәn Әli!
O dәm zülfüqarı çәkәn zәbanә,
Dinsizlәri dinә gәtirәn Әli!
Neçә il zülfüqar nә yerdә qaldı!
Neçә min әnbiya sәndәn dәrs aldı!..
Üzündә niqabı bir әrәb gәldi,
Özü öz tabutun götürәn Әli!
Şiә tәk eylәmә Әli, Vәliyә, (?)
Şahi-vilayәtә, nuri-Cәlilә,
İşarәt eylәdi göydәki günә,
Günü günortadan qaytaran Әli!
Mәnim pirim kövsәr üstә saqıdı,
Möminlәrin yeri cәnnәt bağıdı.
Qurbaninin bu gün müşkül çağıdı,
Cәmi müşküllәri bitirәn Әli!