Əli Eşqdi? Ucalıq nədi-kimdi qanan var?

Vikimənbə saytından
Əli Eşqdi? Ucalıq nədi-kimdi qanan var? (1995)
Müəllif: RAUF CAVAD

İnsanlıq sözdü?! Mənası kim sizdədi!? Kimdi?!
Xeyirxah olan mömin sizcə Kəbədi!? Kimdi?!
  
Olmaq üçün insan, niyə gərəkdi mərifət?
Nədi Hikmət? İbadət-İtaət sədi kimdi?

Nə qədər sual var? Cavab verən Ədalət var?
Zülm edən düşünürmü? Tapdanan nədi? Kimdi?
 
Əziyyət çəkən, əzilən nə qədər insan var?
Var bilən Həqq? Qeybə çəkilən nalədi? Kimdi?

Nə badə edəsən diqqət, deyir sənə şeytan?
Düşünmə insafı deyən, vəsvəsədi? Kimdi?
 
Həqiqəti görən, sorub bilməzmi niyyəti?
Sorma Adəmi məndən! Gör, İblis-bədi kimdi?

Kimdi rükuda zəkat verən? İbadət edən?
Uca nəfsdi, itaət edən səcdədi? Kimdi?

Əli Eşqdi? Ucalıq nədi-kimdi? Qanan var?
Eşqdi əməl? Bəs Aşiq-Məşuq, bələdi kimdi?

Gedərsən xəyallara, nəyi Arzu edərsən?
Görərsən huriləri, bəs kim yerdədi? Kimdi?

Qiyamətdə bilinsin gərək Rauf nə deyib?
Sirri incə-zərif, əzəli-əbədi kimdi?