Əli kimdir

Vikimənbə saytından
Əli kimdir
Müəllif: Vüqar Biləcəri
Tərcümə edən: Hüseyn Cəlilov
Mənbə: Vüqar Biləcəri. "Qərib xəyal" kitabı. Səh 53

Əli kimdir
Əli səngi-siyahı ləli-yaqut eləyən şah,
Münəvvər aydı, əhli-ərşi məbhut eləyən şah.

Əlidir Kəbeyi-eşq kuyin aşiqlər təvaf eylər,
Cahan ayineyi-ruhin Əli zikriylə saf eylər.

Ölümsüzlük məqamın fəth edərlər ölməz aşiqlər,
Dönərlər Kəbədən, bəlkə, Əlidən dönməz aşiqlər.

Əlisiz naleyi-suzi-məlayik fərşə çatmışdır,
Əli meraci-Peyğəmbərdən əvvəl ərşə çatmışdır.