Məzmuna keç

Əlif-lam

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Əlif-lam
Müəllif: Aşıq Şenlik
Mənbə: Qəşəm Vəliyev. "Çıldırlı Aşıq Şenlik" (PDF). Azərnəşr (az.). achiqkitab.az. 2012. İstifadə tarixi: 2017-02-14.

“Əlif”dən sürahi alagöz yarım,
“Ba” babi cahanda qılmana bənzər.
“Te” təkmil muyları cilvələnibdi,
“Se” sərxoş sallanıb sərgəndər gəzər.

“Cim”dən hicab edər, “ha”dan hayalı,
“Xa”ya müştaq olur fikir, xəyalı,
“Dal”ın daldası var, qəmər ziyalı,
“Ze” zalım qətlimə fərmanı yazar.

“Re”dən iraq düşdüm, mənzilim cüda,
“Za”zar çəkib zardan yanaram oda,
“Sin” səlbi boyludu, yar mələkzadə,
“Şin” şövqü günəşdir, hüsnü ləli-zər.

%75 tamamlandı